Binəqədidə “Qurtuluşdan-Zəfərə” adlı tədbir keçirildi - FOTOLAR

Binəqədidə  “Qurtuluşdan-Zəfərə” adlı tədbir keçirildi - FOTOLAR
SOSİAL
17:22 13.06.2025
453
12 İyun 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun–"Milli Qurtuluş Günü”nə həsr olunmuş  "Qurtuluşdan-Zəfərə” adlı tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü "91”lərdən Sudeif İmamverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları-Kəmaləddin Qafarov, Azay Quliyev, Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəyli, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, məktəbəqədər və orta ümumtəhsil, tibb, mədəniyyət müəssisələrinin direktorları,  ictimai birliklərin rəhbərləri iştirak edirdilər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər. 

Tədbirdən öncə iştirakçılar Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəylinin doğma Qarabağa həsr olunmuş  "Qarabağın mirası” adlı rəsm sərgisi ilə tanış oldular. 

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
 
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki ümummilli lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyaları başda dövlət başçımız cənab İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Məruzə nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü "91”lərdən Sudeif İmamverdiyev  çıxışında qeyd etdi ki, ümummilli lider Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və Ulu Öndərin dövlət quruculuğunda qoyduğu tarixi ənənə ölkə başçımız cənab İlham Əliyev tərəfindən Azərbaycan xalqı ilə birgə uğurla həyata keçirilir. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı ümummilli lider Heydər Əliyev olan dövlətimizlə fəxr edir.  
Daha sonra çıxış edən 283 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayla Qasımova öz tarixinin güclü yüksəliş və sürətli inkişaf dövrünü yaşayan ölkəmizin gənci olmaqdan qürur duyduğunu, Azərbaycan gənclərinin ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq ölkənin inkişafına töhfə verməyə hazır olduqlarını vurğuladı. O, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi” yazı işi müsabiqəsinin finalçısı olaraq gənclərin tariximizə və dövlətçilik ənənələrinə bağlılığının önəmini ifadə etdi.  
Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, 1993-cü ildə xalqın xahişi və təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının əməkdar artistləri İlkin Əhmədovun və Nigar Şabanovanın ifasında musiqilər səsləndi.  
Sonda xatirə şəkli çəkildi.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb