16:51 çərşənbə, 17 Iyul 2019
SOSİAL

Binəqədidə “Təmizlik ayı” çərçivəsində təmizlik-abadlıq işləri görüldü - FOTOLAR

18:08, 15.04.20195257
Binəqədidə “Təmizlik ayı” çərçivəsində təmizlik-abadlıq işləri görüldü - FOTOLAR
Ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi "Təmizlik ayı” çərçivəsində Binəqədi rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir. 

AZXEBER.COM xəbər verir ki, görülən işlər çərçivəsində Biləcəri Binəqədi yolu, Bakı-Sumqayıt yolu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi, Binəqədi yolu Xırman MMC-nin arxası hissəsi, Gülüstan küçəsi 15-ci döngə, Novxanı yolu, Binəqədi gölünün ətrafı,  Binəqədi – Xırdalan yolunun bir hissəsi, M.Ə.Rəsulzadə qəsəbəsi Baksol yaşayış massivi , Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən Su Melorasiya İdarəsinin arxa hissəsi və rayon ərazisində təmizlik aksiyaları keçirilmiş, ərazilər müxtəlif növ tullantılardan, qabaritlərdən təmizlənib.

Keçirilən aksiyanın əsas məqsədi  ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub.Ümumilikde "Təmizlik ayı” çərçivəsində 65 maşın müxtəlif növ məişət tullantılarının daşınması həyata keçirilmiş, 400 dən çox müxtəlif növ mövsümi ağaclar əkilmişdir. Əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilmişdir. Həmçinin ilboyu həmin ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.

Bundan başqa qəsəbələrdə 978 ədəd zibil konteyneri rənglənmiş, ehtiyac duyulan konteynerlərində təmir-bərpa işləri görülmüşdür. Qanunsuz çəpərlənmiş ərazilərdə müvafiq qaydada təmizləmə işləri həyata keçirilmişdir.Qəsəbə və yaşayış məntəqələrində yerləşən binaların fasadları təmir edilmiş, yol kənarları boyu ağacların tozlardan təmizlənməsi məqsədi ilə yuyulması işləri baş tutub.

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə "Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulub.

 

 


XƏBƏR LENTİ