Binəqədidə ötən il yanğın baş vermiş binada yenidən yanğın oldu

SOSİAL
10:08 16.08.2016
1494
Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş binada yenidən yanğın baş verib.
Dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib.
Alov binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında qeydə alınıb. Hadisəyə paltaryuyan maşının səbəb olduğu bildirilir.
Hadisə vaxtı mənzil sahibi evdə olmayıb.
Yanğının qarşısı alınıb. ("Report")
OXŞAR XƏBƏRLƏR