Binəqədidə yanğın: onlarla insan təxliyə olundu

Binəqədidə yanğın: onlarla insan təxliyə olundu
SOSİAL
21:46 03.01.2019
7675
Bakıda hündür mərtəbəli binada yanğın olub.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Binəqədi rayonunda baş verib.

Nəticədə çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 85 m² olan iki otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR