AZXEBER.COM xəbər verir ki, Binəqədi rayonunda olan dörd seçki dairəsindən namizədlərin adları məlum olub.
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Azay Quliyevin 11 rəqibi var.
Onlardan ikisi pensiyaçı, ikisi hüquqşunas, biri bank işçisi, bir təsərrüfat müdiri, biri partiyanın maliyyə şöbəsinin müdiri, biri baş direktordur.
Qeyd edək ki, Azay Quliyevin əsas rəqibi Ümid partiyasının sədr müavini Tamilla Qulami və "Gələcək Azərbaycan" Partiyasının sədri Ağasif Şakiroğlu olacaq.
9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Kəmaləddin Qafarovun rəqibləri də məlum olub.
Deputatın AMİP-dən və altı bitərəf rəqibi mövcuddur.
Onlardan üçü işsiz, ikisi redaktor, biri bələdiyyədə sədr, digəri isə vergi müfəttişidir.
10 saylı Binəqədi üçüncü seçki dairəsində on bir namizəd mübarizə aparacaq.
Onlardan biri YAP-dan, biri BAP-dan, biri MCP-dən, biri DİP-dən, biri YZP-dan, biri Müsavat partiyasından, digər beş namizəd isə bitərəf olaraq təmsil olunur.
Beş bitərəf namizəddən ikisi işsiz, biri sahə nəzarətçisi, digəri isə bələdiyyədə icraçı katibdir.
Bu dairədə ən iddialı namizədlər Müsavat partiyasının sədr müavini Razim Əmirasanlı, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə, YAP-ın namizədi, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Səbinə Xasayevanın rəqiblərin sayı bəlli olub.
Bu dairədə on iki namizəd mübarizə aparacaq.
Onlardan dördü siyasi partiyadan namizədliyini irəli sürüb, digər yeddi namizəddən biri işsiz, bələdiyyədə nəzarətçi, biri hüquqşunas, biri vəkil, biri sektor müdiri, biri kadr mütəxəssisi, biri müfəttişdir.
Mikayıl