Bir ailənin dörd üzvü göldə boğuldu

SOSİAL
10:29 15.08.2016
1874
Bazar günü Rusiyanın Krasnoyarsk vilayətinin Şuçyem gölündə qayığın çevrilməsi nəticəsində iki uşaq və valideynləri boğulublar.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, ata ailə üzvləri ilə göldə gəzintiyə çıxmaq üçün tanışından qayıq götürüb. O, qayığı idarə edə bilmədiyinə görə qayıq çevrilib.
Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin yaydığı məlumata görə, qayığın çevrilməsi nəticəsində 1987-ci il təvəllüdlü kişi, 1986-cı il təvəllüdlü qadın, 2008 və 2009-cu il təvəllüdlü uşaqlar həyatlarını itiriblər.
Onların cəsədlərinin axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR