Bir ailənin faciəsi: ana öldü, oğullar xəstəxanaya düşdü

Bir ailənin faciəsi: ana öldü, oğullar xəstəxanaya düşdü
SOSİAL
12:17 06.07.2018
3721
Goranboy rayonunun Nizamikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, iyulun 5-də saat 15 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi "VAZ-21011” markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi "Suzuki” markalı avtomobilə vurub. Nəticədə C.Talıbovun sərnişinlərindən - arvadı Aidə Abdullayeva hadisə yerində ölmüş, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR