Mərasimə 20 minə yaxın qonaq qatılıb.
Cənubi Koreyada Birləşmə Kilsəsi minlərlə cütlüyü kütləvi şəkildə evləndirib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Qapyun şəhərində Dünya Sülh Mərkəzində baş tutan kütləvi nikah mərasimində 2500-ə yaxın cütlük ailə həyatına qədəm qoyub. Mərasimə 20 minə yaxın qonaq qatılıb.
Evlənən cütlüklər arasında Cənubi Koreyada yaşayan əcnəbilər, eləcə də kütləvi toy mərasimi üçün digər ölkələrdən Cənubi Koreyaya gələnlər də olub.
Qeyd edək ki, Cənubi Koreyanın Birləşmə Kilsəsi 1970 və 1980-ci illərdə kütləvi toylar təşkil etməklə dünyada məşhurlaşıb və hazırda onun bütün dünyada yüz minlərlə ardıcılı var.









