Braziliyanın Minas-jerays ştatında baş verən hadisə bir anda bütün dünya mediasının diqqətini cəlb edib.
AZXEBER.COM-un "day.az"a istinadən xəbər verir ki, ana Luziya de Matosa bir ay öncə dəfn olunmuş 35 yaşlı oğlu Gilsimar de Souza tərəfindən zəng gəlib. Gilsimarın qəbrinə hətta baş daşı da qoyulub.
Ana telefonda oğlunun səsini eşidəndə şok yaşayıb. Gilsimarın sözlərinə görə, anası inanmayıb ki, bu oğlu ola bilər. Bunu sübut etmək üçün keçmişlə bağlı suallara cavab verib.
Məsələ burasındadır ki, Gilsimar narkotik asılılığından xilas olmaq üçün evdən gedib. O, evdən getdikdən sonra klinikanın qarşısında yük maşını bir nəfəri vurub öldürüb. Matos elə bilib ki, ölən onun oğludur. Bir aydan sonra isə Gilzimar qərara gəlib ki, anasına zəng etsin və hər şeyin qaydasında olduğunu desin. Bu zaman öyrənib ki, anası artıq onu dəfn edib.