Bir aydır itkin düşən üç uşaq anası Bakıda tapıldı

Bir aydır itkin düşən üç uşaq anası Bakıda tapıldı
SOSİAL
17:29 28.08.2019
4356
İsmayıllıda itkin düşən üç uşaq anası tapılıb.

İyulun 28-də dörd yaşlı övladını da özü ilə götürərək yaşadığı evi tərk edən 1989-cu il təvəllüdlü Pərvanə Bədəlova tapılıb.

Polis əməkdaşları ötən gün qadını və uşağını Bakıda tapıblar. Artıq onlar ailəsinə təhvil verilib. 

Qeyd edək ki, üç uşaq anası olan gənc qadın bir müddət əvvəl itkin düşmüş kimi qeydiyyata alınıb və İsmayıllı rayon Polis Şöbəsi tərəfindən barəsində axtarış verilib.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az 
OXŞAR XƏBƏRLƏR