Bir aydır xəstəxanada saxlanılan kimsəsiz şəxs öldü

Bir aydır xəstəxanada saxlanılan kimsəsiz şəxs öldü
SOSİAL
09:38 09.08.2024
104
Bakıda bir aydır xəstəxanada saxlanılan şəxs vəfat edib.

AZXEBER.COM xəbər verir ki, iyulun 9-da Rusiya vətəndaşı, tüfeyli həyat tərzi sürən A.Əliyev təcili tibbi yardım maşını ilə Qaradağ rayonunda yerləşən 3 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.
 
Uzun müddət müalicə olunan şəxs avqustun 8-də vəfat edib. Onun insult xəstəliyinin fəsadları səbəbindən həyatını itirdiyi bildirilir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR