“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ

“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
SOSİAL
16:35 23.09.2026
167

Son günlər evdə hazırlanan və konservləşdirilən qida məhsullarının satışını həyata keçirən şəxslərdən sertifikat tələb olunacağı ilə bağlı müxtəlif iddialar yayılıb.

Qeyd edək ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov sosial şəbəkə hesabında paylaşım edərək bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Məlumat üçün bildirək ki, rayon və kənd yerlərində yaşayan bir çox insanlar bu cür qidalar hazırlayaraq müəyyən miqdarda gəlir əldə edir və bununla da gündəlik xərclərini qarşılayırlar. Bu mənada, sözügedən açıqlama həmin şəxslər üçün müsbət xəbərdir. 

Lakin məsələnin digər tərəfi də var. Belə ki, ev şəraitində hazırlanan və konservləşdirilən məhsulların düzgün hazırlanmadığı və saxlanılmadığı hallarda insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyi bildirilir. Xüsusilə konservləşdirilmiş qidalarda yaranan bəzi risklər qida zəhərlənmələrinə səbəb ola bilər. 

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, xüsusilə düzgün konservləşdirilməmiş məhsullarda botulizm riski yarana bilər: 

"Konservləşdirilmiş məhsullarda ən ciddi risklərdən biri botulizmdir. Clostridium botulinum bakteriyasının sporları torpaqda geniş yayılıb və oksigensiz, az turşulu, kifayət qədər istilik emalından keçməmiş mühitdə toksin əmələ gətirə bilər. Bu səbəbdən düzgün konservləşdirilməmiş tərəvəz, ət, balıq və digər aşağı turşulu məhsullar xüsusi risk daşıyır”.


Ekspert qeyd edib ki, botulizm toksini insan orqanizminə ciddi təsir göstərə bilər:

"Botulizm toksini sinir sisteminə təsir edir, udma və görmə pozğunluğu, əzələ zəifliyi, tənəffüs çətinliyi və hətta iflicə səbəb ola bilər. Buna görə də ev şəraitində konserv hazırlayan şəxslər məhsulun təhlükəsizliyinə xüsusi diqqət yetirməlidirlər. Aşağı turşulu məhsulların, xüsusilə tərəvəz, ət və balığın sadəcə qaynar su vannasında emal edilməsi botulizm sporlarını məhv etmək üçün kifayət etməyə bilər. Bu məhsullar üçün uyğun təzyiqli konservləşdirmə üsulundan istifadə olunmalıdır”.

Ekspert vurğulayıb ki, məhsulun hazırlanmasında gigiyena qaydalarına əməl olunması da əsas şərtlərdən biridir:

"Xammal təmiz və keyfiyyətli olmalı, çürümüş, kiflənmiş və ya zədələnmiş meyvə-tərəvəzdən istifadə edilməməlidir. Bankalar, qapaqlar və digər avadanlıqlar düzgün təmizlənməli, məhsul hazırlanarkən çarpaz çirklənmənin qarşısı alınmalıdır. Konserv hazırlandıqdan sonra isə sərin, quru və günəş şüalarından uzaq yerdə saxlanması vacibdir”. 

Mütəxəssis bildirib ki, istehlakçılar konserv bankalarının xarici görünüşünə də diqqət etməlidirlər:

"Qapağın şişməsi, bankanın sızdırması və ya çatlaması, açarkən maye və köpüyün təzyiqlə çıxması, məhsulda qeyri-adi rəng, kif və digər dəyişikliklər risk göstəricisi ola bilər. Lakin nəzərə almaq lazımdır ki, botulizm toksinini görmək, iyləmək və dadmaq mümkün olmaya bilər. ‘Bir az dadım, görüm xarabdırmı?’ yanaşması qətiyyən düzgün deyil. Təhlükəsizliyi şübhə doğuran məhsul dadılmadan atılmalıdır. Xüsusilə hazırlanma texnologiyası məlum olmayan ət, balıq və aşağı turşulu tərəvəz konservlərindən istifadə zamanı ehtiyatlı olmaq lazımdır”.

Onun sözlərinə görə, ev şəraitində hazırlanan konservlərin satışa çıxarılması zamanı da məhsulun təhlükəsizliyi əsas məsələ olmalıdır:

"İstehlakçıya satılan məhsulun təhlükəsizliyi, izlənəbilənliyi, hazırlanma və saxlanma şəraiti, etiketlənməsi və istehsal prosesinə nəzarət təmin edilməlidir. Məhsulun evdə hazırlanması onu avtomatik olaraq təhlükəli etmir, lakin satış üçün nəzərdə tutulan məhsulda təhlükəsizliyin sübut edilə bilməsi daha böyük əhəmiyyət daşıyır. Konserv məhsulunda təhlükəsizlik yalnız görünüşlə müəyyən edilmir. Məhsulun hazırlanma texnologiyası məlum deyilsə, xüsusilə ət, balıq və aşağı turşulu tərəvəz konservləri düzgün istilik emalından keçməyibsə və ya saxlanma şəraiti şübhəlidirsə, belə məhsuldan istifadə etmək risklidir. Botulizm nadir olsa da, çox ağır nəticələrə səbəb ola bildiyi üçün ehtiyatlı olmaq vacibdir”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı