"Bir-birimizi söyəndə insanların xoşuna gəlir" - Sərxan

"Bir-birimizi söyəndə insanların xoşuna gəlir" - Sərxan
MAQAZİN
14:56 01.03.2019
2632
Müğənni Aslan Hüseynov aparıcı Sərxan Kərəmoğlu ilə həmkarı Mətanət İsgəndərli arasındakı barışığı qınayıb. 

AZXEBER.COM-un məlumatına görə, bu haqda "Səhər-səhər" verilişində aparıcılar deyib. Sərxan "Aslan deyir ki, Sərxan barışmağa yer qoymur. Amma hardan tapır bilmirəm. Yəni, deyir abırsız adamsan" sözlərinə belə cavab verib:

"Adı Aslandır, özü sərçə. Sizin nə ixtiyarınız var ki, mənim haqqımda ondan söz soruşursunuz? Aslanın hüququ yarımçıqdır. Tam hüququ Qırğızıstandadır".

Kərəmoğlu daha sonra Mətanətlə qalmaqaldan bəhs edib:

"Mətanətlə bir-birimizi söyməyimiz, təhqir etməyimiz insanlara xoş gəlirdi. Gördüm çox xoş gəldi, dedim daha bəsdirin. Mətanət məni söyür, insanlar söyür. Mən onu bir şey yazıram, məni söyürlər. Barışıq, yenə söyürlər. Barışdıq, çünki sonu pisə gedirdi. Mətanətin lənətlənmişi olmaq istəmirəm".
 

OXŞAR XƏBƏRLƏR