Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, hakim partiyanın 8 saylı Binəqədi 1-ci seçki dairəindən irəli sürülən namizədi cəmiyyətdə çaşqınlıq yaradıb. Belə ki, bu dairədən YAP-ın namizədi olan Aysel Əlizadəni çoxları yazar Aysel Əlizadə ilə səhv salıb. Qeyd edək ki, bundan öncə isə 125-lər seçki bloku tanınmış yazar Aysel Əlizadənin adıçəkilən dairədən namizədliyini dəstəkləmişdi.
AZXEBER.COM məsələylə bağlı kiçik araşdırma aparıb və YAP-ın namizədinin 135 nömrəli məktəbin müəllimi olduğu məlum olub. O 1989-cu ildə İsmayıllı şəhərində dünyaya gəlib. Bakı şəhərində 135 saylı tam orta məktəbi 2006-cı ildə bitirib. Təfəkkür Universitetinin məzunudur.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Əlizadə 2014-cü ildə bələdiyyə seçkilərində uğur qazanaraq bələdiyyə üzvü seçilib.
Onu da qeyd edək ki, YAP-ın bu dairədən əvvəlki namizədi spiker Oqtay Əsədov idi.
Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq adaş xanım namizədlərin fotolarını təqdim edirik:





