"İlk sevgim 8-ci sinifdə olub. O dərsə gəlməyəndə pis olurdum. O qədər utancaq idik ki. Ancaq kənardan sevirdim. Uşaqlıq sevgimi açıqlamaqdan çəkinmirəm. Adı Xoşbəxt idi."
AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar artist Könül Kərimova ATV-də yayımlanan "Şou ATV" verilişində deyib. Sənətçi ilk sevgisindən söz açıb.
"Onu uzaqdan sevirdim amma indi dünyasını dəyişib. Hətta kimsə sevdiyimi bilməsin deyə onunla acıqlı danışdırdım. Məktəbin dəhlizində qarşılaşanda yolumu dəyişirdim. Bir dəfə də olsun onu sevdiyimi bildirmədim. Mən məktəbimi dəyişəndən sonra məni çox axtarıb, tapa bilməyib.
15 ildən sonra məktəb yoldaşlarımızla bir yerə yığışdıq. O zaman da gözüm onu axtarırdı. Uşaqlar dedi ki, Xoşbəxt özünə qəsd edib. O an pis vəziyyətə düşdüm. Sonra bacısı ilə görüşdüm. İndi ki, dövr olsaydı bəlkə başqa cür olardı”.