Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
İQTİSADİYYAT
17:11 30.04.2026
397

Qafqazın bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş ekosistemi olan Bir, ictimai nəqliyyatda xarici emissiyalı bank kartları ilə təmassız əsaslı ödəniş (NFC) imkanını istifadəyə verib.

Yenilik Bakı və Abşeron ərazisində, həmçinin Xankəndi şəhərində fəaliyyət göstərən avtobus marşrutlarına, eyni zamanda Bakı metropoliteninə şamil edilir. Belə ki, artıq ölkəmizə gələn qonaqlar ictimai nəqliyyatda təmassız xarici bank kartları ilə birbaşa "tap & pay” ("toxun və ödə”) texnologiyası vasitəsilə ödəniş edə bilərlər. Bu həll yerli nəqliyyat kartlarına ehtiyacı, nağd valyuta mübadiləsini və əlavə qeydiyyat prosedurlarını tam şəkildə aradan qaldırır.

Nəqliyyatda ödəniş rahatlığı yeni mərhələyə keçdi

Müasir şəhərlərdə inteqrasiya olunmuş ödəniş sistemləri artıq yalnız rahatlıq elementi deyil, eyni zamanda əlçatanlıq, səmərəlilik və inklüzivliyi təmin edən fundamental infrastruktur komponentidir.

Bir ekosistemi Azərbaycanda daha ağıllı mobillik modelinin formalaşmasına töhfə verərək, "K Group” MMC (BakıKart) ilə strateji əməkdaşlıq çərçivəsində m10 rəqəmsal pul kisəsi vasitəsilə ölkədə ilk QR əsaslı ictimai nəqliyyat ödənişlərini tətbiq edərək, gündəlik hərəkətliliyə çeviklik və sürət qazandırıb.

Təqdim olunan xidməti daha da gücləndirərək, Birbank vasitəsilə mobillik strategiyasını genişləndirən Bir, Bakı metropoliteni və avtobuslarda NFC ödənişlərini aktivləşdirərək tam təmassız ictimai nəqliyyat təcrübəsini formalaşdırıb.

Bu sistemin əsas xüsusiyyəti onun qapalı ekosistem deyil, açıq infrastruktur modeli kimi dizayn olunmasıdır. Xidmət Birbank kartları  ilə yanaşı, digər yerli bank kartlarını da əhatə edərək, şəhər miqyasında tam rəqəmsal ödəniş mühiti formalaşdırıb.

Sonuncu təqdim olunan yenilik xarici bank kartları üçün NFC ödənişlərinin genişləndirilməsi isə bu strategiyanın növbəti mərhələsini təşkil edərək, xidməti yerli miqyasdan qlobal istifadə imkanlarına açır. 

Bu, həmçinin ölkənin rəqəmsal transformasiyasına töhfə verərək, fintek texnologiyalarının ictimai infrastrukturu gücləndirməklə şəhər mobilliyini yeni səviyyəyə yüksəltməsinin göstəricisidir.

Bir haqqında

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

 

Ətraflı məlumat üçün: bir.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
14:00 14.09.2026
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
13:56 14.09.2026
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
13:48 14.09.2026
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
13:36 14.09.2026
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
13:12 14.09.2026
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
13:09 14.09.2026
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
13:03 14.09.2026
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
Metroda dəyişiklik olacaq
12:59 14.09.2026
Metroda dəyişiklik olacaq
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
12:36 14.09.2026
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
12:19 14.09.2026
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
12:11 14.09.2026
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
11:46 14.09.2026
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
11:42 14.09.2026
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
11:28 14.09.2026
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
11:22 14.09.2026
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
11:18 14.09.2026
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri