Bir gənclər təşkilatı seçkisi təşkil edə bilməyən partiyadan xalq nə gözləsin?

Bir gənclər təşkilatı seçkisi təşkil edə bilməyən partiyadan xalq nə gözləsin?
SİYASƏT
01:00 04.09.2013
1849
Müsavat Partiyasının Gənclər Təşkilatının sədrliyinə keçirilən səsvermənin nəticələri partiyada qalmaqala səbəb olub.

AZXEBER.COM-un məlumatına görə, bununla bağlı partiyada ikitirəlik yaranıb. Səsvermənin nəticələrinə görə Cavid Hacıbəyliyə uduzan Rauf Məmmədli partiya rəhbərliyinə iradını bildirib və seçkinin saxta olduğunu deyib. Müraciətdə Cavid Hacıbəylinin özünə yaxın yaşı 29-u keçmiş xeyli adamı iclasa cəlb etdiyi və məhz bunun nəticəsində də qalib gəldiyi qeyd edilib. 

Təşkilata saxta yolla sədr seçildiyi iddia olunan C. Hacıbəylinin 28 yaşı var. Müsavat GT-nın əsasnaməsinə uyğun olaraq yaşı 29-u ötmüş şəxs MGT-nin üzvü ola bilməz. Belə anlaşılır ki, bir il sonra Müsavatda yenidən seçki keçirilib sədr seçilməlidir.

Hadisədən bir neçə gün sonra AZXEBER.COM-un redaksiyasına bir qrup müsavatçı gəncin adından məktub göndərilib.
Məktubda Müsavat Partiyası Gənclər Təşkilatında keçrilən seçkinin nəticələrinin ləğv olunması qınanır və bu hadisə, partiyanın İcra Aparatının rəhbəri Arif Hacılıya bağlanılır. Həmin məktubu olduğu kimi təqdim edirik. "Bildiyimiz kimi Müsavat GT-də seçkinin nəticələri ləğv olundu. Bu işdə Arif Hacılının əlinin olması məsələsi var. Arif Hacılı öz şəxsi ambisiyalarına görə 102 illik partiyanı qurban verir. Maraqlıdır, görəsən müsavatçılar belə birini necə öz İcra Aparatlarının Rəhbəri təyin edə bilərlər, o çox maraqlı bir faktdır. Əgər bu adam xırda marağı üçün 102 illik partiyanı qurban verirsə, o zaman orta səviyyəli maraqları üçün hakimiyyət başında olduqdan sonra bütün xalqı, dövləti qurban verər. Bu barədə artıq Müsavat partiyasının daxilində də ciddi və kütləvi narazılıqların başladığı bildirilir və hətta partiyadan kütləvi istefalarında olacağı gözlənilir."
İqtidardan Müsavata sərt sözlər
"İslahatçı Gənclər" İctimai Birliyin sədri Fərid Şahbazlı Müsavat daxilindəki saxtakarlığa sərt reaksiya verib. İqtidaryönümlü gənc AZXEBER.COM-a açıqlamasında deyib: "Ortada bölünəsi pul yox, vəzifə yox. Amma gəl ki, Müsavat Gənclər Təşkilatının sədrliyinə keçirilən seçkilər saxtalaşdırıldığı üçün ləğv edilib və yeni seçkilər təşkil olunacaq. İndi hakimiyyəti saxta seçkilərdə ittiham edənlərin iqtidar olacaqları halda törədə biləcəkləri saxtakarlıqların miqyasını təxmin edin..."
YAP Gənclər Birliyin sədri Seymur Orucov da saxtakarlığa görə Müsavatı kəskin tənqid edib: "Müsavat" Gənclər Təşkilatınn seçkilərinin nəticələri ləğv edilib. Səbəb göstərilir ki, texniki məsələlərə görə olub. Bir gənclər təşkilatı seçkisi təşkil edə bilməyən partiyadan xalq nə gözləsin? Budur mu sizin bacarığınız, qabiliyyətiniz, təşkilatçılığınız? Hələ siz adi təşkilatı işləri bilmirsiz, hələ bunlar prezident də olmaq istəyirlər. Xalq buna gore sizinlə deyil."
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq