"Bir gün 3 manatlıq evdə qalıram, bir gün küçədə yatıram" - VİDEO

MARAQLI
15:29 06.02.2019
3813
ARB TV-də yayımlanan "Səhər səhər" verilişində Ayxan Məmmədlinin "Kimsəsizlər" layihəsi bu dəfə İsmixanov Elxan Məhərrəm oğlunun həyatını təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, kimsəsiz olan Elxan deyib: "Bir gün 3 manatlıq evdə qalıram, bir gün küçədə yatıram. Qazandığımı içkiyə verirəm. Anam rəhmətə getdi, yanında ola bilmədim. Onun qəbri gedib görə bilmirəm. 2013-cü ildə ailəmdən ayrıldım. Balalarımın iyinə həsrətəm. İstəyirəm məni bağışlasınlar. Mən ailəmlə barışsam pulumu onlara xərcləyərəm, içkiyə yox. Ata, məni bağışla, xahiş edirəm. Pis insan deyiləm, heç kimdən pul istəmirəm, mənəvi dəstək istəyirəm. İki balamla yaşamaq istəyirəm". 
 

OXŞAR XƏBƏRLƏR