"Efirlər elə gündədir ki, verilişlərə qatılmağa utanıram" - VİDEO

"Efirlər elə gündədir ki, verilişlərə qatılmağa utanıram" - VİDEO
MAQAZİN
10:42 04.03.2026
281
"Bir gün onlar hamısı yoxa çıxacaqlar. Ağıllı adamlar efirə həmişə gec-gec çıxırlar".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev deyib.
 
"Öz aramızda" verilişində qonaq olan sənətçi verilişlədən uzaq düşməsindən danışıb:
 
"Efirlərimiz elə gündədir ki, verilişlərə qatılmağa utanıram. Tamaşaçı hər zaman intizarda qalmalıdır. Əli boş gəlib hər gün efirə çıxmağın nə mənası var? İndiki verilişlər əvvəlki kimi sadəcə oxumaqdan ibarət olsa idi, ağıllı adamlar efirə gec-gec çıxardı. Amma indi qonaq kimi gəlirsən, mahnı oxumasan da min dənə dedi-qodu, başqa söhbətlər var. Bunlar bizi verilişlərdən uzaqlaşdırır, başqa yolumuz yoxdur.
 
Nə qədər magazin proqramları, dedi-qodular olsa da, bu millət öz dəyərləri ilə yaşayır. Bir gün onlar hamısı yoxa çıxacaqlar. Bu dövrü də yaşamaq lazımıdr, hamısı keçib gedəcək. Ələnəcəklər və istedadlılar qalacaq".
 
Aysel

OXŞAR XƏBƏRLƏR