Bir gündə daha 13 koronavirus xəstəsi barədə cinayət işi başlandı

Bir gündə daha 13 koronavirus xəstəsi barədə cinayət işi başlandı
SOSİAL
10:46 08.12.2020
390
Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, dünən ölkə ərazisində görülən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 16 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Onlardan 13 nəfəri yaşadığı evə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 13 nəfər barəsində cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR