Bir il əvvəl itkin düşmüş Səidə hələ də tapılmayıb –FOTO

Bir il əvvəl itkin düşmüş Səidə hələ də tapılmayıb –FOTO
SOSİAL
11:55 16.06.2016
1628

Bibixanım Cəfərova qızını nə qədər çağırsa da, səsinə hay verən olmayıb.

Masallı rayonunda 16 yaşlı qiz bir ilə yaxındır itkin düşüb. Ailə üzvlərinin və rayonun hüquq-mühafizə orqanlarının axtarışları, hələ ki, səmərə verməyib.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumatına görə, Masallı rayonunun Təklə kənd sakini, 2000-ci il təvəllüdlü Səidə Fərhad qızıCəfərova 2015-ci il iyulun 5-də səhər saat 10:00 radələrində yaşadığı evdən həyətə düşərək yoxa çıxıb.

Anası Bibixanım Cəfərovanın sözlərinə görə, əkin sahəsindən evə gələrək qızından çay istəyib. Səidə isə “İndi gətirirəm” deyərək həyətə düşüb. Ana bir müddət gözləsə də, Səidədən xəbər çıxmayıb. Bibixanım Cəfərova qızını nə qədər çağırsa da, səsinə hay verən olmayıb. O, vaxtdan Səidədən bir xəbər yoxdur.

Valideynlərinin sözlərinə görə, Səidə həyətə düşərkən ev paltarında olub və özü ilə heç bir əlavə əşya, ya da yeni pal-paltar götürməyib. Həmin günə kimi qız heç mobil telefon da işlətməyib. Ancaq evdən çıxarkən anasının mobil telefonunu özü ilə aparıb. 

Ailə üzvləri həmin mobil telefona dəfələrlə zəng vursalar da, cavab verən olmayıb. Bir saatdan sonra isə mobil telefon söndürülüb.

Səidənin valideynləri qızlarının sevdiyi şəxsə qoşulub qaçması ehtimalını da mümkünsüz hesab edirlər. Çünki ötən 11 ay ərzində qızdan heç bir xəbərin çıxmaması valideynlərinin bu şübhəsini heç edib. Onlar qızlarının oğurlanaraq aparıldığını istisna etmirlər.

Qeyd edək ki, Səidə Cəfərovanın itkin düşməsi barədə Masallı rayonunun hüquq-mühafizə orqanlarına, icra strukturlarına da məlumat verilib. Polis qızın axtarışlarını davam etdirir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Od çərşənbəsidir
00:04 03.03.2026
Bu gün Od çərşənbəsidir
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib