"Bir İstanbul masalı" 22 il sonra yenidən çəkiləcək - FOTO

"Bir İstanbul masalı" 22 il sonra yenidən çəkiləcək - FOTO
MAQAZİN
11:42 12.12.2025
145
Məşhur türk serialı "Bir İstanbul masalı" illər sonra yenidən çəkiləcək.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2000-ci illərin əvvəllərində maraqlı hekayəsi, güclü aktyor heyəti və İstanbulun sehrli atmosferini əks etdirərək fenomenə çevrilən serial, müasir bir təfsirlə ekranlara qayıtmağa hazırlaşır.
 
Serialın sevilən obrazlarından birinin siması olan aktyor Ozan Güven, serialın digər baş rol ifaçısı Mehmet Aslantuğ ("Selim Arhan") ilə birlikdə şam yeməyində çəkilmiş videosunu yayımlayaraq xəbəri rəsmi olaraq elan edib.

İki məşhur aktyorun şam yeməyi zamanı layihənin detallarını müzakirə etdiyi anlar serialın izləyiciləri arasında böyük həyəcan yaradıb.
 
Aysel

 


 

OXŞAR XƏBƏRLƏR