‘Bir ittifaqa rəhbərlik edə bilməyən adam ölkəyə rəhbərlik edə bilməz’ – Partiya sədri

SİYASƏT
13:05 06.06.2013
1917

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Yeni Azərbaycan Partiyasının prezident seçkilərinə öz namizədini irəli sürməyə tələsdiyini bildirib: “Əvvəllər onlar bunu iyulda və hətta avqustda edəcəklərini deyirdilərsə, indi 7 iyun tarixini elan ediblər. Bu tələskənlik hakimiyyətin əsəbiliyindən narahatlıqla əlaqədardır”. Leyla Yunus həmçinin Milli Şuranın cümə günü keçiriləcək ilk iclasında Rüstəm İbrahimbəyovu müxalifətin prezident seçkilərində vahid namizəd olaraq seçməsini təklif edib.

Azərbaycan SosialDemokratPartiyasınınhəmsədri Araz Əlizadə AZXEBER.COM-aaçıqlamasında Rüstəm İbrahimbəyovun idarəetmədən xəbərsiz olduğunubildirib: Müxalifətin inkişaf mərhələsi ötən əsrin 90-cı illərində qalıb. Azərbaycamda Prezident idarəetmə sistemidir. Rüstəm İbrahimbəyov gözəl ssenari yaza bilər, gözəl film çəkə bilər, amma dövləti idarə edə bilməz. Hətta bu il kinematoqrafiya ittifaqının fəaliyyəti də çox zəif idi. Bir ittifaqa rəhbərlik edə bilməyən adam ölkəyə rəhbərlik edə bilməz. O, kənd təsərüfatını bilməlidir, iqtisadiyyatı bilməlidir, lakin o dramaturqdur. Mən düşünmürəm ki, o Prezident olsa, ölkəyə yaxşı nəsə verə bilər. Aydın məsələdir ki, onun ətrafına toplaşan, öz nufuzlarının olmadığı üçün onun nufuzundan istifadə edən insanlar var. Rüstəm İbrahimbəyovun prezidentliyi Leyla Yunusun Müdafiə Nazirliyinin İnformasiya Analitik İdarəçiliyinin rəhbərliyinə bənzəyir. Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR