AZXEBER.COM xəbər verir ki, saxta fayllar çox vaxt "şəkil", "sənəd", "yeniləmə" və ya "arxiv" adı altında təqdim olunur və istifadəçilər emosional mesajlara aldanaraq onları quraşdırırlar. Fırıldaqçılar isə özlərini tanış şəxs, bank əməkdaşı, mobil operator və ya dövlət qurumu kimi təqdim edirlər.
Mütəxəssislərin sözlərinə görə, bu tip fayllar cihazlara zərərli proqramların – casus proqramlar, bank troyanları, reklam virusları, maynerlər və şantaj proqramlarının yüklənməsinə səbəb ola bilər. Nəticədə istifadəçilərin şəxsi məlumatları, şifrələri və bank hesabları risk altına düşür.
Ekspertlər istifadəçilərə yalnız rəsmi tətbiq mağazalarından istifadə etməyi, şübhəli link və faylları açmamağı, eləcə də cihazlarda antivirus proqramlarını aktiv saxlamağı tövsiyə edir.











































