İranın Prezidenti İbrahim Rəisi ölkəsinin xarici siyasətdəki mövqeyindən danışıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, diplomatların illik konfransında çıxış edən İran prezidenti İbrahim Rəisi ölkəsinin xarici siyasət doktrinasının bütün ölkələrlə ədalət və tarazlıq əsasında formalaşdığını qeyd edib. İran prezidenti həmçinin vurğulayıb ki, ancaq bir ölkə düşmənçilik istəyirsə, bizim cavabımız müqavimət olacaq.
İ. Rəisi Həsən Ruhaninin rəhbərlik etdiyi əvvəlki hökuməti üstüörtülü şəkildə tənqid edib:
"Əvvəllər bəziləri düşünürdü ki, ölkənin taleyi bəzi ölkələrin əlindədir və xarici siyasət onlarla əlaqələndirilməlidir. Xarici siyasət ölkənin gücünü artıran mühüm vasitələrdən biridir. Biz istənilən ölkə ilə maraqlarımıza uyğun əməkdaşlıq edirik”.
Şəbnəm Zahir










































