Bir mağazadan 30 telefon oğurlayan şəxs tutuldu

Bir mağazadan 30 telefon oğurlayan şəxs tutuldu
KRİMİNAL
13:23 19.09.2013
2628
Ucarda 30 ədəd mobil telefon oğurlayan şəxs tutulub. 
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Namiq Hüseynova məxsus mağazadan 30 ədəd mobil telefonu oğurlayan rayon sakini Elçin Tağıyev tutulub. Onun əvvəllər də məhkum olunduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR