‘Bir müğənninin digərinə ad verməsini başa düşə bilmirəm’ - Əlikram Bayramov

MAQAZİN
00:10 06.12.2013
1696

Tanınmış müğənni Əlikram Bayramov televiziyalarda müğənnilərin bir-birlərinə müxtəlif adlar verməklə gündəmə gəlməsinə qarşıdır.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Showlife.az-a danışan müğənni bildirib ki,o şou-biznes əhlinin bu cür vasitələrlə özünü reklam etməsini doğru hesab etmir: “Bu cür reklam kimə və nəyə lazımdı. O ayrı məsələdir ki, bir sıra müğənnilər ayrı-ayrı tele yarışlarda öz sənətləri hesabına səs yığaraq bu ada layiq görülüblər.Məsələn, “Toylar Kralı” adını qazanan Manaf Ağayev və Habil Haciyevi misal göstərmək olar.

Əlikram Bayramov hansısa müğənninin digərinə ad verməsinə isə sərt reaksiya verib:

Bir müğənninin digərinə ad verməsini başa düşə bilmirəm. Mənim özümə də çoxsaylı ad vermək üçün təkliflər olur.Mən bunların heç birini qəbul etmirəm. Hansısa müğənninin kiməsə ad verməsi yolverilməzdir, bu halların qarşısı alınmalıdır”.

OXŞAR XƏBƏRLƏR