Bir neçə bankın bağlanması yenə aktuallaşır...

Bir neçə bankın bağlanması yenə aktuallaşır...
Bütün Xəbərlər
10:32 03.11.2015
1658
Bir neçə gün əvvəl Beynəlxalq Bankda olacaq ixtisarlarla bağlı xəbər yenidən bank sistemindəki vəziyyətin ciddiliyinə diqqət çəkib. Beynəlxalq Bankda 25-30 faiz ixtisarların olacağı artıq rəsmi səviyyədə bildirilib.
Beynəlxalq Bankdan isə "Yeni Müsavat" qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, bankın yeni strukturu və ştat vahidləri artıq təsdiqlənib.
Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərlinin sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının həm strukturu, həm də ştat vahidləri indiki mərhələdə Bank qarşısında duran tələb və vəzifələrə uyğunlaşdırılıb:
"Eyni zamanda, xərclərə mümkün qədər qənaət prinsipi də vacib amillərdən biri kimi nəzərə alınıb. Bu cür optimallaşdırma tədbirləri fəaliyyətin səmərəliliyinin, faydalı iş əmsalının artırılmasına, bankda korporativ idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Bankda institusional inkişaf prosesləri davam etdirilir. Bu prosesdə strateji baxımdan perspektivli sayılan istiqamətlərə dəstək verildiyi kimi, az səmərəli sahələr üzrə adekvat tədbirlərin həyata keçirilməsi də istisna deyil".
Qeyd edək ki, bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankda ciddi ixtisarların aparılacağını bildirib. Nazir qeyd edib ki, bu addım bankda qənaət rejiminin tətbiqi ilə bağlıdır: "Bankın kollektivinin 25-30 faizi ixtisar olunacaq. Bu, qənaət rejiminin tətbiqi ilə bağlıdır". S.Şərifov bildirib ki, bankda korporativ idarəetmə da xeyli təkmilləşdiriləcək. Bundan başqa, nazir əlavə edib ki, sözügedən bankın sağlamlaşdırılması prosesi öz axarı ilə davam edir: "Bildiyiniz kimi, problemli aktivlər "Aqrarkredit" tərəfindən alınır. Bir sözlə, bankın sağlamlaşdırılması istiqamətində bütün zəruri tədbirlər görülür".
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad edilməsi barəsində ərizəsi təmin edilib. Yay aylarında isə dövlət başçısı İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.
Qeyd edək ki, ölkənin ümumilikdə bank sistemində ciddi problemlər var. Bir müddətdir davam edən problemlərin ekspertlər davamlı olacağını gözləyirlər. Ekspertlər bildirirlər ki, digər banklarda da ixtisarlar gözlənilir. Həmçinin ölkədə problemli kreditlərin həcmi artır və bu səbəbdən bank sistemi ciddi təhlükə qarşısındadır. Ekspertlər tezliklə ölkədə bankların bağlanacağının anonsunu verirlər. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, problemli kreditlərə görə birinci yerdə Beynəlxalq Bank gəlir: "Söhbət bir neçə milyarddan gedir. Yəqin ki, yaxın aylarda dəqiq rəqəmi elan edərlər".
Ekspert bildirib ki, istənilən halda, gələn il bankların azı 10-15-i mütləq bağlanacaq.
Ekspertlər ciddi şəkildə bankların bağlanacağını proqnozlaşdırırlar. Həmçinin bildirilir ki, yaxın gələcəkdə bank sektorunda stressli vəziyyət davam edəcək, hətta artacaq, bəzi bankların bağlanması, ya da birləşdirilməsi prosesləri olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik