Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi

Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
SOSİAL
13:31 26.07.2025
250
6 illik həbsdən sonra bir neçə gün əvvəl azadlığa çıxan "Royal Bank”ın (ləğv edilib) baş direktoru Fuad Cam vəfat edib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Cam özəl klinikalardan birində xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Fuad Cam atası Əli Camla birgə 6 illik həbsə məhkum edilmişdi. Ata-oğul ikisi də bu yaxında azadlığa buraxılıb. Həbsdən çıxan zaman vəziyyəti kritik olan oğul Cam qan xərçəngindən əziyyət çəkirdi. 
OXŞAR XƏBƏRLƏR