Bir necə seçki məntəqələrində səsvermə başa çatdı

DÜNYA
08:16 07.11.2012
1498
ABŞ-ın Kentukki və İndiana ştatlarındakı bir necə seçki məntəqələrində səsvermə başa çatıb.Bu məntəqələrdəki səsvermənin ilkin nəticələrinə görə, Kentukki ştatında Mit Romni səslərin 69%, Obama 29%-ni qazanıb. İndiana ştatında Romni 59%, Obama isə 39% səs qazanıb. Bu ştatların əhalisi ənənəvi olaraq respublikaçı namizədlərə səs verir.Nyu-Hempşir ştatındakı ekzit-polların nəticələrinə görə, Mit Romni səslərin 32,6%, Barak Obama isə 65% qazanaraq bu ştatda qalib gələcək.Qeyd edək ki, namizəd Seçicilər Kollegiyasının 270 üzvünün (50%+1) səsini qazanırsa, prezident seçilmiş sayılır.Seçicilər Kollegiyası sistemi federalizm prinsipini dəstəkləmək məqsədilə tətbiq olunur. Bu sistemin tətbiqində məqsəd daha böyük ştatların kiçik ştatları üstələməsinə mane olmaqdır. Hər ştatdan olan Seçicilər Kollegiyasının üzvləri bütün səsləri həmin ştatda daha çox səs toplamış namizədə verirlər.Kollegiyaya daxil olan seçicilərin sayı ştatların Konqresdəki təmsilçilərinin sayına uyğundur, (2 senator + Nümayəndələr Palatasının üzvləri. Hər ştatdan Nümayəndələr Palatasına üzvlərin sayı ştat ərazisindəki seçki dairələrinin sayına bərabərdir). SeçicilərKollegiyasında ən çox səsə Kaliforniya ştatı sahibdir – 55 səs. Bu ştat Konqresdə 2 senator və 53 Nümayəndələr Palatasının üzvü ilə təmsil olunur. Montana, Alyaska, Vermont, Delaver, Vayominq, Cənubi Dakota və Şimali Dakota ştatları isə Seçicilər Kollegiyasında hərəyə cəmi 3 səsə sahibdir.
//APA

OXŞAR XƏBƏRLƏR