Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub

Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub
DÜNYA
18:54 22.06.2026
247
Rusiya son sutkada Ukraynaya məxsus 734 dronu vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri son sutkada Ukraynanın təyyarə tipli 734 dronunu və idarə olunan 12 aviasiya bombasını vurub.

Moskva meri Sergey Sobyanin isə son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 84 dronun paytaxta yaxınlaşarkən vurulduğunu bildirib.

O qeyd edib ki, heç bir ziyan və ya itki olmayıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR