Bir qadının kişi sevgisi

MARAQLI
00:30 19.04.2015
16641
Vüsalə MustafazadəBir kişi üçün ağır gələr yatağında qalan qadın qoxusu
Gördüyü hər üzdə sevdiyi qadını görmək arzusu
Sümüklərinə qədər sızlasa da səsi çıxmaz O kişinin
Tənha kişinin səssizliyini pozmaq asan olmaz
Çünki içində sevdiyi qadının yoxluğunu daşıyar
Qadın boyda bir yoxluq-dünya boyda bir boşluq hissi yaşadar
Gəzdiyi küçələrdə onu görmək arzusu…
Bütün baxdığı qadınların üzündə O-nu axtarar
Halbuki
Uzaqlarda lap uzaqlarda məğlub olmuş bir sevgidə basdırmışdır qadın “O” kişini
Qadın üçün ən müqəddəs sevgi də yaşayan birinin diri-diri basdırmaqdır
Bir kişi üçün ən ağır olan şey isə sevildiyini bilə bilə tərk edilməsidir bəlkə də
Həzm etməsi çətin olar
Öz varlığına, mövcudluğna şübhə edər.
“Bu qədər sevən qadının tərk etməsi mümkün deyil” deyər özünə
Yaşadığı sevgidə hətta “uzatma dəqiqələri”ni oynayar
Və ən vacib həqiqəti unudar kişi -
Bir qadının varlığı çox şey ifadə etməz bəlkə amma yoxluğu dünya boyda boşluq yaradar
O kişi də nə o dünyaya sığar nə də özünə
Həyatında O qadın boyda iz qalar...
OXŞAR XƏBƏRLƏR