'Bir qədər keçdi, anladım ki, artıq bakirə deyiləm. Məni atam zorlamışdı' - DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ

DÜNYA
11:40 17.11.2012
11334
Emili Houksvorz illərdən bəri susur, atasının başına gətirdiyi faciəni danışmırdı.
Lakin o, axırda danışmaq qərarına gəlib.Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, 17 yaşlı Emili 3 il əvvəl məruz qaldığı vəhşətdən indi danışır.Onun sözlərinə görə, atası onu döyüb, ölümlə təhdid edib, sonra da zorlayıb.Emilinin sözlərinə görə, atası Robert onu 14 yaşında zorlayandan sonra iki il mütəmadi təcavüzə uğradıb."Bu barədə danışmağa qorxurdum, çünki başıma gətirdikləri barədə bir adama bir kəlmə deyəcəyim təqdirdə məni öldürəcəyini söyləmişdi. Qorxurdum, çox qorxurdum. Amma indi qorxmuram. Atama nifrət edirəm, onun həbs edilməsini, ən ağır cəza almasını istəyirəm", - Emili söyləyib.Emilinin valideynləri boşananda qızın 7 yaşı vardı. Lakin atası boşansa da, məhkəmənin qərarından yararlanaraq həftədə bir dəfə qızına baş çəkirdi.Həmin gün o, 14 yaşlı Emilini gəzməyə apardı. Ata və qız evə qayıdandan sonra isə Emili mətbəxdə şərab gördü. Atası ona "belə şərab dadmaq istəyirsən?" dedi və sonra da iki stəkan şərab içirtdi. Sən demə, şəraba yuxu dərmanı atılıbmış.Emili şərab içib yatanda isə atası onu yataq otağına aparıb və orada qızına təcavüz edib."Səhər ayılanda özümü çox pis hiss etdim. Bir qədər keçdi, anladım ki, artıq bakirə deyiləm. Məni atam zorlamışdı. O, mənə təcavüz edəndən sonra yuxulu vəziyyətdə şəklimi çəkmişdi. Bir neçə saat sonra isə o, yanıma gəldi və fotoları göstərib dedi ki, əgər bir adama desəm, ya məni öldürəcək, ya da fotoları yayacaq. Qorxdum və susdum. Susqunluğum illərlə davam etdi. Bu illər ərzində də atam məni zorlayırdı", - Emili söyləyib.Emilinin anası, 53 yaşlı Karen Atalay xəstəxanadadır. O, sabiq ərinin rəzil hərəkətlərindən xəbər tutanda dərin psixoloji şok keçirib."Onun murdar olduğunu bildim. Qızımın başına gələnlər mənim günahımdır. Özümə nifrət edirəm, iyrənirəm. Sabiq ərimə ən ağır cəza verilməsini tələb edirəm", - Atalay deyib.

OXŞAR XƏBƏRLƏR