Bir qrup qadın Bakının mərkəzində aksiya keçirdi: Şiddətə susma - FOTO

Bir qrup qadın Bakının mərkəzində aksiya keçirdi: Şiddətə susma - FOTO
SOSİAL
19:43 20.10.2019
13076

Bu gün saat 15.00 radələrində bir qrup feminist qadın Bakının Nizami küçəsində, "Torqovı” adlanan ərazidə aksiya keçirib.

APA-nın məlumatına görə aksiya iştirakçıları qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, "Şiddətə susma!”, "Şiddətə dözmə!” şüarları səsləndiriblər.

Onlar Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər.

Polis icazəsiz aksiyanın qarşısını alıb. Aksiyada heç bir insident baş verməyib.

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR