Bir qrup şəxs nazirliyin qarşısında aksiya keçirmək istədi - FOTOLAR

Bir qrup şəxs nazirliyin qarşısında aksiya keçirmək istədi -  FOTOLAR
Bütün Xəbərlər
13:59 15.04.2014
884

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında toplaşan bir qrup şəxs etiraz aksiyası keçirmək istəyib.

AZXEBER.COM-un əməkdaşlarının əldə etdiyi məlumata görə, sosial müavinatlarını tələb edən bir qrup şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininqarşısına toplaşıblar.

Nazirliyin qarşısına toplaşan şəxslərin sözlərinə görə, onlar nazir Səlim Müslümovun qəbuluna düşmək isətəslər də buna nail ola bilməyiblər. Nazirlik əməkdaşları isə onları sakitləşdirməyə çalışıb.

Məsələyə bağlı AZXEBER.COM portalı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən tapılmadı.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR