Bir sıra dövlət başçıları İlham Əliyevi təbrik edib

Bir sıra dövlət başçıları İlham Əliyevi təbrik edib
SİYASƏT
10:00 11.10.2013
1244

Bir sıra dövlət başçıları İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan:"Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Səsvermənin gedişində seçicilərin göstərdiyi dəstək Sizin xalqınızın seçdiyi kursun varisliyini təmin etməklə öz ölkənizdə haqlı olaraq qazandığınız yüksək nüfuzu növbəti dəfə təsdiqlədi. Ölkənizin sanballı iqtisadi tərəqqisi və vətəndaşların maddi rifahının yüksəlməsi, dünya arenasında rolunun möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır.Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz Azərbaycanın daha da firavanlaşmasına və qarşılıqlı faydalı Belarus-Azərbaycan strateji tərəfdaşlığının inkişafına şərait yaradacaqdır.Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə, səylərinizdə uğurlar diləyirəm".Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən:"Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim. Ali dövləti vəzifənizin icrasında Sizə uğurlar arzulayıram.Mən səmimi qəlbdən ümid edirəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Litva və digər Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın güclənməsinə sadiq qalacaqdır. Çünki biz təhlükəsizlik, sülh və rifahla bağlı ümumi maraqlarımızı yalnız birgə səylərlə həyata keçirə bilərik.Sizə cansağlığı arzu edir, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət başçıları ilə siyasi, iqtisadi və sosial əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Sizi noyabrın sonunda Vilnüsə dəvət edirəm.İcazə verin, qələbəniz münasibətilə Sizi bir daha təbrik edim. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".Tacikistan Respublikasının Prezidenti Emoməli Rahmondan:"Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Tacikistanda bu xəbəri böyük məmnuniyyətlə qarşıladıq. Yenidən prezident seçilməyiniz Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənizin çiçəklənməsinə, onun xalqının firavanlığına yönəlmiş fəaliyyət xəttinə yüksək etimadın parlaq göstəricisidir.Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri iki dövlətin və onların xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizi əmin etmək istəyirəm ki, Tacikistan bunun üçün bütün zəruri səylərini əsirgəməyəcəkdir.Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə yeni uğurlar arzulamaq istəyirəm".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb