'Bir sıra iqtidaryönlü şəxslər var ki, 'Milli Şura'ya böyük maddi dəstək olurlar, onların adını deyəcəm'

SİYASƏT
16:50 20.06.2013
2687

Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov “Milli Şura”ya dəstək olması haqqında cəmiyyətə mesaj ünvanlayıb. Vəkili Toğrul Babayevin vasitəsilə ötürülən mesajda bildirilir ki, Əli İnsanov “Milli Şura”nın yaradılmasını alqışlayır: “Milli Şuranın yaradılmasını alqışlayıram. Bu prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birlikdə uğurlar arzu edirəm”.

Müasir Müsavat partiyasının sədri Hafiz Haciyev Əli İnsanovun çıxışına münasibət bildirib. Hafiz Hacıyev AZXEBER.COM-a açıqlamasında bu cür çıxışların birmənalı olmadığını deyib: “Təəssüflər olsun ki, bu gün Azərbaycan iqtidarında bir rahatlıq, arxayınçılıq hissi var. Hakimiyyət tərəfindən müəyyən qrup insanların “Milli Şura”ya dəstək verməsi prosesi gedir. Mən düşünürəm ki, Əli İnsanov böyük səhvə yol verib, çünki o, ölkə daxilində baş verən bütün proseslərdən xəbərdardır. Əli İnsanov xəyanətkarları müdafiə etməməlidir. Mən onun bugünkü çıxışına öz mənfi münasibətimi bildirirəm. o səhvini anlamalıdır. Qərbi Azərbaycanlılar Prezident İlham Əliyevi dəstəkləyir.Hafiz Hacıyev Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasında qəbul edilən bəyanatın KİV-lərdə yayılmaması mövzusuna da toxunub. O bunu radikal qısqanclılıq adlandırıb: “Bir neçə gün bundan öncə Əlaqələndirmə Şurasının geniş iclası oldu. Həmin iclasda biz qərar qəbul etdik ki, Qərbi Azərbaycanlılar İlham Əliyevi dəstəkləyir. Təəssüflər olsun ki, bir çox KİV-lər radikal qısqanclıq ucbatından Ələqələndirmə Şurasının bu bəyanatını vermədilər. Həmin iclasda Müasir Müsavat partiyası öz mövqeyini ortaya qoydu”.Bu gün bir sıra iqtidaryönlü şəxslər var ki, “Milli Şura”ya böyük maddi dəstək olurlar. Müəyyən universitet rektorları var ki, Eldar Namazova xeyli pul ayırır. Mən düşünürəm ki, “Milli Şura”ya dəstək olmaq yolverilməz haldır". 

Partiya sədri bildirdi ki, Əli İnsanov və başqaları zamanında hakimiyyətyönlü şəxslər olublar. Onların bu cür çıxışları müəyyən faktların göstəricisidir: “İlham Əliyevin çörəyinin duzu yoxdur, kimə çörək verirsə, kimi adam edirsə nankor çıxır. Bu gün ölkənin pulunu yeyən insanların hökümətə qarşı çıxmaları normal hal deyil. Zamanında hakimiyyət tərəfində olan, indi istiqamətini dəyişən insanları anlamaq olar, amma hazırda nazir, nazir müavini, rektor vəzifələrində çalışan insanlar da var ki, Milli Şuraya dəstək olur. Amma sizin sayt vasitəsilə deyirəm ki, kim İlham Əliyevə qarşı çıxacaqsa, qarşısında məni görəcək. Əgər hakimiyyətin çörəyini yeyib, nankorluq edənlər məni öldürməsə, onların hamısını ifşa edəcəm. Onların iç üzü açıldıqdan sonra hər birini həbsxanalara göndərməyə məcbur qalacağıq. Düşünürəm ki, bu cür halların qarşısı alınmalıdır, yoxsa seçki dövründə çox böyük katakalizmlər vaş verəcək. Bu seçkinin başında mən gedəcəm, görünür, çoxlarının başını yeməli olacam. Nə qədər ki mən varam, bu cür ucuz halların baş verməsinə icazə verməyəcəm”.

AZXEBER.COM 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi