Bir sıra məscidlərə qadın dini ayin icraçıları təyin olunub

Bir sıra məscidlərə qadın dini ayin icraçıları təyin olunub
SOSİAL
18:19 31.03.2023
165
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 13-15 fevral 2023-cü il tarixində İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış ilk qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.

Komitədən AZXEBER.COM-a bildirilib ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni təyinat alan qadın dini ayinlərin icraçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, qadın dini ayinlərin icraçısı – imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin, eyni zamanda dini mərasimlərin icrasını həyata keçirən şəxsdir.

M.Qurbanlı diqqətə çatdırıb ki, belə bir təyinatın həyata keçirilməsi Azərbaycanda ilk təcrübə hesab oluna bilər. Məscidlərdə orta və ali dini təhsili olan qadınların dini ayin icraçıları kimi fəaliyyət göstərmələri İslam dininin dəyərlərini olduğu kimi təbliğ etmək, dini ayinləri doğru icra etmək, insanları xurafat və cahillikdən uzaqlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir.

Görüş zamanı mövcud dini durum, dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət, dini abidələrə və din xadimlərinə qayğısı haqqında da danışan Komitə sədri ölkəmizdə mövcud olan dini vəhdətin, tolerantlığın, multikulturalizmin, qarşılıqlı anlayış mühitinin qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb.
Daha sonra qadın dini ayinlərin icraçılarının fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndiriblər.

Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi "Heydər”, "Xanım Fatimeyi-Zəhra”, Yasamal rayonu "İlahiyyat”, Sumqayıt şəhəri "Cümə”, Ceyranbatan yaşayış massivi "Ceyhun xanım və Hacı Əhməd”, Neftçala şəhəri "Sahibəz-Zaman”, Gəncə şəhəri, Bala Bağbanlar məhəlləsi "Fatimeyi-Zəhra”, Saatlı rayonu "Sımadakənd”, Şəki şəhəri "Mərkəzi Cümə”, İsmayıllı rayonu "Cümə” məscidlərinə təyin olunublar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu