Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, Ukraynadakı müharibəni bir telefon zəngi ilə bitirmək olar.
AZXEBER.COM lent.az-a istinadla bildirir ki, Lukaşenko bu barədə Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.
Belarus dövlətinin başçısı hesab edir ki, Ukraynada müharibəyə son qoymaq üçün Ukrayna rəhbərliyinə Qərbdən, ABŞ-dan və BMT-dən siqnal lazımdır.
Lukaşenkonun fikrincə, ABŞ Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng vurub desə ki, axşama qədər Rusiya ilə müqavilə imzalamaqla müharibəni bitirmək lazımdır, o zaman belə olacaq.
"ABŞ prezidenti Cozef Baydenin zəngini nəzərdə tuturmusunuz” sualına Lukaşenka "hə” cavabını verib.
Belarus prezidentinin sözlərinə görə, ABŞ Ukraynada sülhün bərqərar olması mövqeyini tutsa və Bayden Zelenskiyə zəng etsə, müharibə çox tez bitəcək. Lakin ABŞ-dan belə bir siqnalın gəlmə ehtimalı son dərəcə aşağıdır, çünki ölkədə vəziyyət çox aşağıdır. Ukrayna amerikalılar üçün faydalıdır.