Birbank Biznes sahibkarlar üçün nəzərdə tutulmuş Visa Sahibkar kartını daha sərfəli şərtlərlə təqdim edir. Artıq kart tamamilə ödənişsiz verilir, eyni zamanda Bakı və Abşeron üzrə çatdırılma üçün heç bir rüsum tələb olunmur. Yenilənmiş kart müasir dizaynı, funksionallığı və biznes ehtiyaclarına uyğun imkanları ilə sahibkarlara maliyyə idarəçiliyində daha çox rahatlıq qazandırır. Ən sərfəli sahibkar kartı hansıdır? – sualına cavab axtaranlar bu kartın imkanlarını dəyərləndirə bilərlər.
Visa Sahibkar kartı biznes sahiblərinə gündəlik xərcləri şəffaf şəkildə izləmək, şəxsi və biznes əməliyyatlarını ayrı-ayrılıqda idarə etmək və dünyanın istənilən nöqtəsində əməliyyatları təhlükəsiz və sürətli şəkildə həyata keçirmək imkanı yaradır. Visa Kart vasitəsilə həm alış-veriş etmək, həm də nağd vəsait çıxarmaq mümkündür.
Ətraflı məlumat: www.b-b.az/bbvsk
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün Birbank Biznes saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.










































