Birbaşa aviareyslər Azərbaycanı və Monteneqronu yenidən birləşdirəcək

Birbaşa aviareyslər Azərbaycanı və Monteneqronu yenidən birləşdirəcək
İQTİSADİYYAT
15:41 01.03.2024
667

29 fevral tarixində"PAŞA Travel” tərəfdaşları üçün Monteneqro turizm məhsulunun rəsmi təqdimatını həyata keçirdi. Tədbir 150-dən çox yerli turizm agentliklərinin, "Azərbaycan Hava Yolları” aviaşirkətinin və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələrini bir araya gətirib.


AZXEBER.COM xəbər verir ki, tədbir "PAŞA Travel” şirkətinin Baş icraçı direktoru Bəhruz Əsgərovun səmimi salamlama nitqi ilə başladı. O, tədbirdə qonaqlara iştirak etdiklərinə görə təşəkkürünü bildirərək qeyd etdi ki, artıq Monteneqroya turların satışına başlanılıb və birbaşa uçuşlar "Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən cari ildə iyun ayının 6-dan sentyabrın 16-dək Bakı-Tivat-Bakı marşrutu üzrə həftədə iki dəfə olmaqla həyata keçiriləcək. Sonda onu da qeyd etdi ki, Monteneqroya səfərlərin üstün cəhətlərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.


Tədbir zamanı Monteneqro istiqaməti, həmçinin «PAŞA Travel» şirkətinin struktur bölməsi olan "PAŞA Holidays” turoperatorunun digər məşhur turizm məhsulları, o cümlədən Şarm Əl-Şeyx, Gürcüstan, BƏƏ və Xorvatiya turizm istiqamətləri haqqında geniş məlumat təqdim edildi. Turizm agentlikləri üçün nəzərdə tutulan online.pashaholidays.azplatformasının üstünlüklərindən danışılaraq qeyd olundu ki, agentlər bu platforma vasitəsilə öz müştəriləri üçün səyahət paketlərini tez bir zamanda seçib bron edə bilərlər.


Tədbirin əsas məqamlarından biri turizm agentlikləri üçün qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə nəzərdə tutulmuş yeni bonus proqramının təqdimatı oldu. Burada yeni həvəsləndirici bonusların çalışma prinsipləri haqda geniş izah verildi.


Bu tədbir "PAŞA Travel”-in davamlı sürətli böyüməsini və inkişafını, eləcə də müştərilərinə gözəl səyahət təcrübələri təqdim etmək niyyətini ifadə edir.

Bu və ya digər turlar haqda məlumatı müştərilər "PAŞA Travel” rəsmi səhifəsini (www.pashatravel.az) ziyarət etməklə, çağrı mərkəzinə (012 404 10 90)  zəng vurmaqla və sosial şəbəkələrdəki rəsmi hesablar vasitəsilə əldə edə bilərlər.

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı