Birgünlük kirayə üçün 1 000 manat: Ziyafət geyimləri bazarında qiymət artımı - VİDEO

Birgünlük kirayə üçün 1 000 manat: Ziyafət geyimləri bazarında qiymət artımı - VİDEO
SOSİAL
02:16 18.01.2026
797
Kirayəsi bir neçə yüz manata olan ziyafət geyimləri... Son zamanlarda kirayə verilən geyimlərin qiymətində artım müşahidə olunur.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, birgünlük kirayə paltarların qiyməti çox yüksəkdir - 150, 300, hətta 1 000 manata olan geyimlər mövcuddur.

Xanımlar bildirirlər ki, həm qiymət, həm də gigiyena səbəbindən alınma və tikilmə paltarlara üstünlük verirlər.

Dizaynerlərin sözlərinə görə, hazırda tikilmə paltarlara daha çox tələbat var, çünki bu halda həm forma, həm də qiymət müştəriyə uyğun olur.

Kirayə paltarlar dəfələrlə istifadə edildiyi üçün keyfiyyətli parça tələb olunur. Son vaxtlar isə belə parçaların qiyməti artıb.

OXŞAR XƏBƏRLƏR