"Birinci olmağı hədəfləyirdik" - Nigar Nəsirova

"Birinci olmağı hədəfləyirdik" - Nigar Nəsirova
İDMAN
17:47 24.08.2023
405
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatının 8-ci gün Azərbaycan komandası üçün uğurlu alınıb.

Qadınlar arasında 25 metr məsafəyə mərkəzə atəş tapançasından yarışında görə Nigar Nəsirova qızıl medal qazanıb.  35 yaşlı atıcı mükafatlandırma mərasimindən sonra media nümayəndələrinin suallarını cavablandırıb:

- Dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?
- Qızıl medal qazanacağımı gözləmirdim. Bütün diqqətimi yarışa və işimə yönəltmişdim. Fikrim ancaq bu idi. Nəticə barədə heç nə düşünmürdüm.
 
- Dünya çempionatının doğma ölkəmizdə keçirilməsi sizə necə təsir edir?
- Bu yarışın Bakıda keçirilməsi bizim üçün çətinlik yaradır. Çünki hamı istəyir ki, qələbə qazanaq. Elə olanda gərginlik olur. Həm özümüz birinci olmağı hədəfləyirik, həm də insanları sevindirmək istəyirik. 

- Bu medalı kimə həsr edirsiniz?
- Ötən il nənəm vəfat etmişdi. Demişdim ki, bu yarışı qazansam, medalı ona həsr edəcəyəm. 

- Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya almaq şansınız var?
- Ötən il dünya çempionatında 10 metrdən atəş açmada lisenziya qazanmaq istəyirdim. Təəssüf ki, bu alınmadı. Gələn il Macarıstanda keçiriləcək Avropa Çempionatında məhz Parisə lisenziya qazanmaq uğrunda mübarizə aparacam. İnşallah buna nail olaram. Həmişə 1-2 xalım çatmır. Ötən il Xorvaritaya təsnifatda 3-cü olub finala vəsiqə qazanmışdım. Düşünürdüm ki, medal cibimdədir. Həyəcanlandım, atışlarımı düzgün edə bilmədim. Həm medal getdi, həm də lisenziya əlimdən çıxdı. İnanıram ki, bu dəfə yaxşı olar.

- İdmana gəlişiniz necə olub?
- Bu idman növünə 2004-cü ildə İradə Aşumova Afina Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra gəlmişəm. 3 il sonra zədə ilə üzləşdim. Uzun müddət idmandan uzaq qaldım. 2016-cı ildə isə yenidən məşqlərə başladım. 2017-ci ildə Sloveniyada keçirilən Avropa çempionatında qarışıq komanda yarışında bürünc medal almışdım.
 
Həmin İslam Oyunlarında fərdi yarışda eyni uğura imza atdım. Bundan sonra beynəlxalq yarışlarda iştirak etməyə davam etdim. Həm Ruslanla, həm də fərdi olaraq medallar qazanırdım. Ötən il Misirdə keçirilən dünya çempionatında 50 metr məsafədə atəş açmada bürünc medal qazandım. Bakıdakı yarışda isə qızıl medala sahib çıxa bildim.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır