Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Əliyev Xırdalan Şəhidlər Xiyabanında dəfn edildi - FOTOLAR

Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Əliyev Xırdalan Şəhidlər Xiyabanında dəfn edildi - FOTOLAR
SOSİAL
16:39 05.06.2024
108
Azərbaycan xalqının şanlı qələbə qazandığı Vətən Müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri zamanı Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanır.
AZXEBER.COM xəbər verir ki, aparılmış araşdırmalar zamanı 32 ildir itkin düşən şəxsiyyəti müəyyən olunan şəhid hərbçilərimizdən biri də Abşeron rayonu Xırdalan şəhər sakini, 1973-cü il təvəllüdlü Əliyev Rövşən Məcid oğlu olduğu müəyyənləşib. Onun nəşi bu gün Xırdalan şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 
Dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib.
Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il mart ayının 20-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. 1991-ci ildə ailə həyatı quran Rövşən tezliklə Sovet ordusu sıralarında hərbi xidmətə çağırılır və Kazan şəhərində qulluq etməyə başlayır. Lakin erməni təcavüzü zamanı Rövşən Əliyev Sovet ordusunda qulluqdan imtina edərək doğma ölkəmizə qayıdır. Elə həmin 1991-ci ildən etibarən sərhəddə yerləşən Qazax bölgəsində Milli Ordu sıralarında qulluq etməyə başlayır. 1992-ci ildə Yevlax batalyonu tərkibində vuruşur. Ailədə 3 bacının yeganə qardaşı və 2 qız atası olan Rövşən Əliyev 1992-ci il dekabr ayının 10-da Laçın rayonu ərazisində erməni daşnaklarına qarşı aparılan hərbi əməliyyatlar zamanı itkin düşüb. 
Dəfn mərasimində şəhidin ailə üzvləri bildiriblər ki, uzun illər işğal olunmuş torpaqlarımızın azad edilməsini, şəhid Rövşən Əliyevin nəşinin dəfn edilməsini və ziyarət edəcəkləri qəbrinin olmasını arzulayıblar. Uzun illərdən sonra şəhidin nəşinin tapılmasını və şəhidlik zirvəsinə layiq şəkildə dəfn edilməsini yüksək dəyərləndirən ailə üzvləri Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi