Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı edir

Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı edir
SOSİAL
12:49 07.03.2017
952

Birinci vitse-prezident: "Azərbaycanın müstəqilliyinin qorunmasında, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. İclasda ölkə prezidenti tərəfindən birinci vitse-prezident vəzifəsinə təyin edilmiş Mehriban Əliyeva da iştirak edir. Yeni təyinatla əlaqədar deputat mandatından imtina edən Mehriban Əliyeva iclas zalına alqış sədalarının müşayiəti ilə daxil olub. 

İclası giriş sözü ilə açan spiker Oqtay Əsədov yüksək dövlət postuna təyin edilən Mehriban Əliyevanı təbrik edib: "Mehriban xanım öz doğma evinə, Milli Məclisə gəlib. Mehriban xanımın çoxşaxəli fəaliyyəti var, daim dövlətimizə, xalqımıza yüksək səviyyədə xidmət edib. Mehriban xanım dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində də yaxındabn iştirak edib. Həmçinin 4 amnistiya aktının müəllifidir. Hər amnistiya aktı 10 min məhbusa şamil olunurdu. Mehriban xanmımı nə qədər ailəyə sevinc bəxş etdiyini təsəvvür etmək olar”. Spiker M.Əliyevanın beynəlxalq fəaliyyətindən də geniş bəhs etdi. Həmçinin onun YAP sədrinin 1-ci müavini kimi partiyanın inkişafında da önəmli rol oynadığını vurğuladı. "Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi dara düşən, yardıma ehtiyacı olan insanlara həmişə dəstək olub. Mehriban xanım həqiqi millət vəkilidir. Bundan sonra da xalqın vəkili olaraq qalacaq. Biz bu çətin işinizdə, şərəfli fəaliyyətinizdə sizə uğurlar arzulayırıq”.

Spiker M.Əliyeva ilə bağlı təyinata görə Milli Məclis adından ölkə prezidentinə dərin minnətdarlığını da bildirib.

Bundan sonra Mehriban Əliyeva çıxış edib. Bildirib ki, yeni təyinatla əlaqədar parlament fəaliyyətini dayandırmalı olur: 

"Mən 10 ildən artıq parlament üzvü olmuşam. Millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi omuşam. Təbii ki, belə bir mühitin yaranmasında Milli Məclisin sədri Oqtay müəllimin böyük əməyi var. Hörmətli Oqtay müəllim, sizə bundan sonra da uğurlar arzulayıram. Hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tuitacağam. Azərbaycanın müstəqilliyinin qorunmasında, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”. M.Əliyeva yeni təyinatı ilə əlaqədar xüsusilə sadə insanlara təşəkkürünü bildirdi: "Çoxsaylı təbrik məktuibları gəlir. Səmimi ürək sözlərinə və dəstəyə görə mən hər birinə minnətdarlığımı bildirirəm”. Birinci vitse-prezident 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə də təbriklərini çatdırdı. M.Əliyeva çıxışını "Qoy Tanrı Azərbaycanı hər zaman qorusun!” deyə, bitirdi.

Parlament M.Əiyevanı ayaq üstə alqışlayıb.

Spiker hərtərəfli çxışına görə M.Əliyeyaya təşəkkür edib: "Siz hər zamankı kimi səmimisiniz. Sizi əmin edirəm ki, biz hər zaman fəaliyyətinizdə sizə dəstək olacağıq”.

Bundan sonra deputatlar Mehriban Əliyeva haqqında ürəkl sözlərini söyləyiblər.

 
///musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb