Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq

Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq
SOSİAL
11:19 19.04.2025
354
Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların ümumilikdə 88 600 manatının dələduzluq yolu ilə mənimsənilməsi barədə polisə məlumatlar daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.

Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.

Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR