Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransa Prezidenti Emmanuel Makronun danışıqlar prosesi ilə bağlı yeni format təklifi haqda açıqlama verib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, H.Hacıyev bildirib ki, vasitəçilik mövqeyini həyata keçirən dövlətlər birtərəfli açıqlamalardan çəkinməlidirlər: "Birtərəfli açıqlamaların verilməsi bu danışıqlar prosesinə və vasitəçilik missiyasına xələl gətirə biləcək haldır. Danışıqlar missiyasının mahiyyəti olduğu kimi qalır. Əvvəl xarici işlər nazirləri səviyyəsində nəzərdə tutulan görüşlər barədə təkliflər vardı ki, Azərbaycan tərəfi də bu və digər məsələlərə baxa bilər.
Amma ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması istiqamətində səylər səfərbər olmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsun və hərbi işğala əsaslanan status-kvo nəticə etibarilə sonluğa gətirilsin”.