“Bitdi deyə bir şey yoxdur, insandan insana yoluxur”

“Bitdi deyə bir şey yoxdur, insandan insana yoluxur”
SOSİAL
09:51 21.04.2020
3061
"Biz içimizdə keçirdiyimiz həyəcanın bəlkə yarısını da vətəndaşlarımıza çatdırmırıq. Çalışırıq ki, onları daha sakit saxlayaq”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu TƏBİB- in şöbə müdiri Yaqut Qarayeva AzTV-nin efirində deyib. 

O qeyd edib ki, bugünkü rəqəmlər onu sevindirdiyi qədər də həyəcanlandırır: "Qorxu hissi keçirirəm ki, gərək bundan sonra biz bu günə qədər qazandıqlarımızı itirməyək. Bizim üçün bu, çox vacibdir. Çünki bugünkü günə biz elə-belə gəlmədik. Biz bu günə 30 yanvardan mərhələ-mərhələ, çox böyük işlər görərək gəldik. Ölkəmizin rəhbərliyi qərarları düzgün zamanda qəbul etdi. Biz birbaşa sərtləşdirmədik və karantin rejiminə keçmədik. Mərhələ-mərhələ olaraq məktəblər bağlandı, hardasa yığıncaqlar sərtləşdirildi, qadağa qoyuldu. Bu gün biz bu günə gəlmişik. Epidemiyanın yayılmasını demək olar ki, nəzarətdə saxlayırıq. Bunu nəzarətdən çıxmağa qoymamalıyıq. Ancaq bunu birdən-birə kəsmək olmaz. Birdən- birə kəssək, biz vəziyyətin daha da pisləşməsini görə bilərik. Çünki yoluxucu xəstəlikdir. Bu gün ayın 20-dir, sabah 21-dir, bitdi deyə bir şey yoxdur. Bu, insandan insana yoluxur. 8 nəfər olsa belə demək, bu yoluxma hələ ölkəmizdə var. Bu prosesdən çox ehtiyatla çıxmalıyıq”.

Y. Qarayeva sağalan insanların yenidən yoluxmasından da danışıb. O qeyd edib ki, bu çox yeni bir virusdur: "Virusun xüsusiyyətləri hələ araşdırma mərhələsindədir. Sağalanların yenidən yoluxması ilə bağlı məsələlər hələ ki, azdır. Bizim tez-tez telekonfranslar vasitəsilə Çin, Cənubi Koreya, İsrail mütəxəssisləri ilə əlaqələrimiz olur. Hər dəfə çalışırıq ki, suallarımızı verək. Sağalan adamların yenidən yoluxması məlumatı hələ ki azdır. Bu xəstəlikdən sonra yaranan immunitetin nə dərəcədə uzun müddətli,qoruyucu olması gələcək araşdırmaların nəticəsində bilinəcək. Sağalıb evə gedən insanlara biz yenidən ev şəraitində karantində qalmasını tövsiyə edirik. Bu mütləqdir. Çünki biz onların özlərinin immunitet qazanması bir yana olsun, onların yoluxdurma müddətinin nə qədər olduğunu hələ tam əminliklə deyə bilmirik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb