İran Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesi ilə bağlı atılan addımları, irəli sürülən səyləri dəstəkləyir, regionda sülhün və sabitliyin davamlı olacağına inanır.
AZXEBER.COM xəbər verir ki, bunu Bakıda səfərdə olan İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında deyib.
“Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”, - deyən dövlət başçısı bildirib ki, İran Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında əlindən gələni etməyə hazırdır.