‘Biz bilirik ki, İsa Qəmbər həmişə kiminsə arxasında gizlənir’

‘Biz bilirik ki, İsa Qəmbər həmişə kiminsə arxasında gizlənir’
SİYASƏT
14:08 06.09.2013
1438

“Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazova müraciət etmişəm və bildirmişəm ki, ALP Milli Şurada Lalə Şövkəti başqa üzvümüzlə əvəz etmək istəyir. Bu Lalə xanımın öz iradəsidir və Milli Şurada əvəz olunmağını xahiş edir”.

AZXEBER.COM xəbər verir ki, bunu AzVision.az -a Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan deyib. Partiya sədri bildirib ki, məsələni Eldar Namazovla birgə müzakirə edib. “Biz fikirləşirdik necə edək ki, Milli Şuraya zərbə dəyməsin. Amma bu gün Səxavət Soltan əslində öz adından yox, İsa Qəmbərin adından Lalə Şövkətin Milli Şuradan çıxarılmalı olduğunu deyib. Çünki Milli Şurada aranı qarışdıran İsa Qəmbərdir.

Şurada siyasi liderlərdən birinin seçkiyə getməsinə imkan verməyən də Müsavat başqanı idi. Lalə Şövkət Milli Şuranın yeritdiyi siyasətə dəstək olaraq üzvlüyə razılıq verib. Əslində isə Lalə Şövkət əvəz olunmasını çoxdan istəyirdi.

Biz hesab edirdik ki, indiki vaxtda mətbuata çıxartmaq və seçkilərə qədər bunu etmək Milli Şuranın imcinə xələl gətirə bilər. Ona görə də gözləyirdik. Əgər İsa Qəmbərin müşaviri belə danışırsa, Milli Şuranın nüfuzuna zərbə vurur, həm də Cəmil Həsənlinin seçkiqabağı təbliğatına zərbə vurur.

Biz bilirik ki, İsa Qəmbər həmişə kiminsə arxasında gizlənir. Çünki o qorxaqdır, cəsarəti yoxdur. Bunu İsa Qəmbərin qorxaq intriqalarının davamı kimi başa düşmək olar. İsa Qəmbər müşaviri vasitəsi ilə belə söhbəti üzə çıxarırsa babalı onun boynuna”, - deyə Ə. Temirxan sərt mövqeyini bildirib.

Qeyd edək ki, Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltanlı gözlənilməz tələblə ilə çıxış edib.

S.Soltanlı açıqlamasında ACP lideri Rəsul Quliyevin və ALP lideri Lalə Şövkətin Milli Şuradan çıxarılmasını tələb edib. Müsavat başqanının müşaviri bildirib ki, L.Şövkət bu günə qədər şəxsən özü Milli Şuranın fəaliyyətini və onun namizədini dəstəkləyən bir bəyanatla çıxış etməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
18:13 10.05.2025
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
17:44 10.05.2025
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
17:25 10.05.2025
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb